Kokpit.az xatırladır ki, britaniyalı sürücü komanda yoldaşı Oskar Piastri ilə çempionluq uğrunda mübarizə aparır.
Lando Norris: “Bu mövsüm kimin qalib olacağı, kimin daha az səhv edəcəyindən asılı olacaq”.
O, Spa trasında bəzi sazlama səhvləri və batareya strategiyası səbəbindən real potensialını göstərə bilmədiyini etiraf edib: “Son iki döngədə yaxşı deyildim, üstəlik batareya sazlanmaları da Oskar üçün üstünlük yaratdı. Ona görə də onun məni keçməsi qaçılma idi”.
Norris mövsümün əvvəlində etdiyi bəzi səhvlərin səbəbini yüksək performans gözləntiləri olaraq göstərib. O bildirib ki, artıq 95 faizlik performansla poul və ya ikinci yer qazanmaq mümkündür: “Dövrəni 101 faizlə atmağa çalışırdım, amma bu həmişə işə yaramır”.
Red Bull pilotu Maks Ferstappenin çempionluq uğrunda mübarizəyə qayıdıb-qayıda bilməyəcəyi sualına cavabında Norris belə deyib: “Heç nə qeyri-mümkün deyil. Amma hazırda daha yaxşı maşınımız və komandamız var”.
Boliddəki hissiyyat barədə danışan Norris bildirib ki, builki McLaren-in əvvəlki mövsümlərlə müqayisədə fərqli sürüş xüsusiyyətləri var: “Bu il maşının ön hissəsinə daha çox yüklənən traslarda çətinlik çəkdim. Xüsusilə Çin və Monako kimi traslarda sükan hissiyyatı çox vacib idi”.
Spa yarışında yaşananları şərh edərkən iNorris bildirib ki, pit yoluna girişdə etdiyi səhv və yavaş pit-stop ümumilikdə ona təxminən dörd saniyəyə başa gəlib: “Bunlar bizim dərs çıxardığımız məsələlərdir”.
Şərh əlavə et