Xəbəri Kokpitdə Oxuyun!

Druqoviç Alonsonu əvəz edəcək

Cümə günü səhər Aston Martin komandası rəsmi açıqlama yayaraq pilot dəyişikliyi barədə məlumat verib.

Kokpit.az bildirir ki, Fernando Alonso bel ağırılarına görə Macarıstandakı birinci sərbəst yürüşləri buraxacaq. Onu komandanın ehtiyat sürücüsü Felipe Druqoviç əvəz edəcək.

Aston Martin bu barədə belə açıqlama verib: “Belçika Qran Prisindən sonra Fernando Alonso bel əzələlərindəki zədəsini müalicə edirdi. Bu səhər müalicə davam etdirilib və Fernando ilk sərbəst yürüşdə iştirak etməməyi qərara alıb”.

Komanda Alonsonun səhhətinə diqqət göstərmək məqsədilə ilk sessiyada onu müvəqqəti əvəzləyəcək. Alonso daha sonra trasda görünə bilər, lakin onun qalan sessiyalarda iştirakı hələ dəqiqləşməyib.

Qeyd edək ki, bununla da iki komanda Macarıstandakı birinci sərbəst yürüşlərdə gənc sürücülərin xidmətindən istifadə edəcək. Daha əvvəl Sauber komandası birinci sərbəst yürüşlərdə Niko Hülkenberqi Pol Aronun əvəz edəcəyini bildirmişdi.

Rauf Hacıyev

Şərh əlavə et