Kokpit.az xatırladır ki, britaniyalı sürücünün komandası ilə müqaviləsi ilin sonunda bitir. Buna baxmayaraq, tərəflər hələ də rəsmi olaraq müqavilə imzalamayıblar.
Corc Rassell: “Müqavilə məsələsi ilə bağlı xüsusi narahatlığım yoxdur. Komandanın əlində bütün kartlar var. Ona görə də sənədləri imzalamaqda tələsmələrinə səbəb yoxdur, çünki artıq uzunmüddətli müqaviləmiz var.
Düzünü desəm, heç vaxt komandadakı yerimi itirməkdən qorxmamışam. Bu il bu mövzu heç müzakirə belə olunmayıb, amma jurnalistlər bu barədə danışmağı sevir.
Etiraf edim ki, ötən il bir az narahat idim, çünmk 2026-cı il üçün nəsə qərarlaşdırmaq və ya təsdiqləmək istəyirdim. Amma indi əvvəlkindən daha yaxşı çıxış edirəm və komandaya çox şey verə biləcəyimə inanıram.
İndi əsas məsələ bu həftəsonü yarışmaqdır. Sonra isə istirahətə çıxmaq və yay tətilindən zövq almaq istəyirəm. Mənim üçün heç bir son tarix yoxdur, komandanın da mənə qarşı təzyiq göstərmir.
Hər şeysdə razılaşdıqdan və hər iki tərəf qane olduqdan sonra bunu açıqlayacağıq”.
Corc Rassellin bu açıqlamaları onun Mercedes-dəki gələcəyindən əmin olduğunu göstərir və komanda ilə münasibətlərinin stabil qaldığını təsdiqləyir. Müqavilənin rəsmi olaraq uzadılması isə yaxın həftələrdə açıqlana bilər.
Şərh əlavə et