Kokpit.az xatırladır ki, “gümüşü oxlar” mövsümə yaxşı başlasalar da, son yarışlar onlar üçün heç də uğurlu keçmir. Xüsusən də Kanada yarışındakı qələbədən sonra Mercedes komandasının əldə etdiyi ən yaxşı nəticə beşinci yer olub.
Komandanın rəhbəri Toto Volff bildirib: “Spadakı ağır həftəsonundan sonra Macarıstanda daha yaxşı nəticələrə ümid edirik. Son yarışlardakı çıxışlarımız bizim öz standartlarımıza uyğun deyil. Hazırda bu geriləmənin səbəblərini araşdırırıq və bu həftəsonu vəziyyəti dəyişməyə ümid edirik.
Spadan sonra komanda maksimum nəticə üçün bütün imkanlarını səfərbər edib. Məqsədimiz Budapeştdə yaxşı çıxış edərək yay fasiləsinə pozitiv notlarla yollanmaqdır”.
Şərh əlavə et