Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Ferrari Vassyör ilə müqavilə uzadıb

Scuderia Ferrari komandası Fred Vassyörlə yeni və uzunmüddətli müqavilə imzalayıb. Bu barədə məlumat komandanın rəsmi açıqlamasında yer alıb.

Kokpit.az xatırladır ki, fransız mütəxəssis 2023-cü il mövsümünün əvvəlindən etibarən Ferrari-nin Formula 1 komandasına rəhbərlik edir. O, komandanı yenidən zirvəyə qaytarmaq üçün işləməyə davam edəcək.

Ferrari-nin yaydığı açıqlamada bildirilib ki, Vassyör işlədiyi iki il ərzində təcrübəsi hesabına komandaya çox şey qazandırıb.

Ferrari-nin baş icraçı direktoru Benedetto Vinya bu barədə belə deyib: “Bugünkü qərar indiyədək qurulan təmələ verdiyimiz dəyəri və qarşıya qoyduğumuz hədəflərə sadiqliyimizi göstərir. Bu, Fredin liderliyinə duyduğumuz güvənin göstəricisidir”.

Frederik Vassyör isə müqavilənin yenilənməsi ilə bağlı bunları bildirib: “Ferrari-nin mənə göstərdiyi etimada görə minnətdaram. Bu müqavilə sadəcə bir təsdiq deyil – eyni zamanda bir çağırışdır. Artıq sağlam təməl qoymuşuq və onun üzərində irəliləməyə davam edəcəyik. Qarşımızdakı gözləntiləri bilirik və onları qarşılamaq üçün birlikdə çalışacağıq”.

Rauf Hacıyev

Şərh əlavə et