Yeni rəhbər Fransua Provo olub. O, daha əvvəl Renault konsernində satınalmalar, tərəfdaşlıq və ictimaiyyətlə əlaqələr üzrə departamentə rəhbərlik edib. Provo 2010-cu illərdə Renault-nun Rusiya bölməsinin rəhbərliyində də yer alıb.
Fransua Provo təyinatla bağlı deyib: “Bu təyinatı qürur və minnətdarlıqla qəbul edirəm. Mənə göstərilən etimada görə Direktorlar Şurasının prezidenti Jan-Dominik Senara və bütün üzvlərə səmimi təşəkkür edirəm.
Bütün enerjimi və həvəsimi 127 illik tarixə malik Renault qrupunun inkişafına həsr edəcəyəm. Bu şirkət Fransa sənayesinin aparıcı simalarından biri olub və qalmaqda davam edir”.
Qeyd edək ki, Renault konserni Formula 1-də Alpine komandasına sahibdir. Luka de Meo bu yarış proqramında fəal iştirak edirdi, lakin Fransua Provonun avtoidmana münasibəti barədə hələlik ətraflı məlumat yoxdur.
Şərh əlavə et