Kokpit.az xatırladır ki, çempionatın lideri keçən il karyerasının ilk qələbəsini Hunqarorinq trasında qazanmışdı.
Oskar Piastri də komandada yaranan yüksəlişi davam etdirmək istəyir: “Son yarışlardakı tempimə görə çox məmnunam, özümü yaxşı formada hiss edərək Hunqarorinqə yollanıram. Spadakı bir neçə gün faydalı keçdi və eyni formada davam etmək istəyirəm.
Macarıstanda gözəl xatirələrim var, çünki bir il əvvəl burada ilk qələbəmi qazanmışdım. Amma bu artıq keçmişdə qalıb. Bu il yeni və daha gözəl xatirələr yaratmaq istəyirəm. Keçən həftə qazandığım qələbədən sonra yenidən sükan arxasına keçmək üçün səbirsizlənirəm”.
Lando Norris qarşıdan gələn Macarıstan Qran Prisi öncəsi optimist danışıb: “Bu həftəsonu Budapeştə yollanacağım üçün səbirsizlənirəm. Hər zaman bu şəhərə gəlmək xoş olur. Azarkeşlər bizə qarşı çox mehribandırlar, tribunada onları görmək sevindiricidir.
Komanda üçün indiyə qədər möhtəşəm mövsüm keçir. Buna görə də yay fasiləsindən öncə daha bir güclü nəticə qazanmaq gözəl olardı. Keçən yarışdan sonra mühəndislərlə iclas keçirdik, məlumatları təhlil etdik və Macarıstan üçün hazırlaşdıq. Yeni bir uğurlu həftəsonuna hazıram”.
Komandanın rəhbəri Andrea Stella isə diqqəti tam Macarıstana yönəltdiklərini vurğulayıb: “Belçikada qazandığımız ikili qələbədən sonra bütün diqqətimizi Macarıstan Qran Prisinə yönəltdik. Hunqarorinq mürəkkəb trasdır, amma biz hər zamanki kimi yeni fürsətlər axtarırıq və inkişafa fokuslanmışıq.
Komandanı yay fasiləsindən əvvəl son bir sınaq gözləyir. Bütün heyət son üç yarışa yenilikləri hazırlamaq üçün heyrətamiz zəhmət sərf etdi. Məqsəd MCL39-un sürətini artırmaq idi. Bu zəhmətə görə hamıya təşəkkür edirəm.
Eyni zamanda azarkeşlərimizə, texniki və kommersiya tərəfdaşlarımıza mövsüm boyunca göstərdikləri dəstəyə görə minnətdaram. Bu həftəsonu rəqabətədavamlı performans göstərmək və yay fasiləsinə yüksək əhvalla yollanmaq istəyirik”.
Şərh əlavə et