Kokpit.az xatırladır ki, “gümüşü oxlar” mövsümə yaxşı başlasalar da, son yarışlar onlar üçün heç də uğurlu keçmir. Xüsusən də Kanada yarışındakı qələbədən sonra Mercedes komandasının əldə etdiyi ən yaxşı nəticə beşinci yer olub.
Buna görə Mercedes komandası Belçika Qran Prisindən sonra bazaya qayıdaraq toplantı edib və boliddəki problemi tapmaq üçün araşdırmalara başlayıb.
Kimi Antonelli: “Biz köhnə asılqan sisteminə qayıdacağıq. Ümid edirəm ki, bu dəyişiklik mənə əvvəlki sürmə hissiyatını qaytaracaq. Yeni asılqana keçdiyimiz gündən bəri – yalnız Kanadadakı yarış istisna olmaqla – bolidə tam öyrəşə bilməmişəm. Sürərkən özümü rahat və inamlı hiss etməmişəm.
Düşünürəm ki, burada mənim tərəfimdən də çatışmazlıqlar olub – yeni maşına tam uyğunlaşa bilmədim, çünki öz sürmə stilimdən imtina etmədən nəticə almağa çalışırdım. Təəssüf ki, bu yanaşma işləmədi.
Corcun sürmə stili fərqlidir, o, boliddəki dəyişikliklərə daha tez uyğunlaşdı. Amma mənim üçün bu məsələ, xüsusilə Avropa mərhələlərində zəif nöqtəyə çevrildi.
Ümid edirəm, köhnə asılqan sisteminə qayıdış ötən mövsümlərdəki sabitliyi və inamı geri qaytaracaq”.
Antonellinin sözlərinə görə Mercedes vəziyyəti düzəltmək üçün eksperimentləri bir müddətlik kənara qoyaraq tanış və işlək konfiqurasiyaya üstünlük verir.
Şərh əlavə et