Xəbəri Kokpitdə Oxuyun!

Aron Hülkenberqi əvəz edəcək

Paul Aron yenidən Sauber sükanı arxasında – o, Macarıstan Qran Prisinin birinci sərbəst yürüşündə iştirak edəcək.

Estoniyalı pilot Paul Aron Macarıstan Qran Prisinin cümə günü keçiriləcək ilk sərbəst yürüş sessiyasında Sauber-in bolidini idarə edəcək. O, bir saatlıq məşqdə komandanın əsas sürücüsü Niko Hülkenberqi əvəzləyəcək.

Bu, Aronun Formula 1-in rəsmi yarış həftəsində ikinci dəfə sərbəst yürüşdə iştirakıdır. O, daha əvvəl Böyük Britaniya Qran Prisində (Silverstounda) eyni vəzifəni icra etmiş və Hülkenberqin maşınına əyləşmişdi.

2025-ci ildə Alpine komandasının ehtiyat sürücüsü olan Paoul Aron xüsusi razılaşma əsasında Sauber-in tərkibində Formula 1 bolidində təcrübə toplayır və yarış həftələrində komanda ilə işləyir.

Rauf Hacıyev

Şərh əlavə et