Kokpit.az bildirir ki, yeddiqat Dünya Çempionu Instagram hekayəsində paylaşdığı müəmmalı görüntü ilə 8 avqustda (08.08) açıqlama verəcəyinə işarə edib.
Paylaşımda yanan kibrit çöpü kibrit qutusuna söykənmiş vəziyyətdə göstərilir. Kibrit qutusunun üzərində isə “08.08” yazılıb. Bu vizual, həm simvolik, həm də mistik mənalar daşıyır və Həmiltonun hansısa önəmli addıma hazırlaşdığı barədə dedi-qodulara səbəb olub.
Lyuis bu paylaşımdan başqa hər hansı bir açıqlama verməyib, lakin F1 dünyası və azarkeşlər artıq mümkün ssenariləri müzakirə etməyə başlayıblar. Ehtimallar arasında:
🔸 Yeni musiqi layihəsi
🔸 Moda və biznes sahəsində sərmayə
🔸 Siyasi və ya sosial mesaj
🔸 Yarış karyerası ilə bağlı dönüş nöqtəsi
🔸 Və ən dramatiki: Təqaüdə çıxmaq
Ancaq Kanada Qran Prisi zamanı verdiyi açıqlamada Lyuis Həmilton bu iddiaları qəti şəkildə rədd etmişdi: “Ferrari ilə əməkdaşlığa təzə başlamışam və burada bir neçə il qalacağam. Uzunmüddətli planın bir parçasıyam.
Haraya fokuslandığımı və bu komanda ilə hansı uğurları qazanacağımı çox yaxşı bilirəm. Ona görə də zəhmət olmasa uydurma xəbərlər yaymayın”.
Formula 1-də ən yaşlı ikinci pilot olan Həmilton karyerasının sonuna yaxınlaşdığına dair iddiaların mərkəzində olsa da, hələlik karyerasına davam edəcəyini deyib.
Şərh əlavə et