Xəbəri Kokpitdə Oxuyun!

Ferstappen Red Bull-da qalır

Maks Ferstappen ən az gələn il də Red Bull komandasında çıxış edəcək.

Kokpit.az xatırladır ki, niderlandlı sürücü Red Bull komandası ilə 2021-2024-cü illərdə ardıcıl dörd Dünya Çempionluğu qazanıb. Lakin “qırmızı öküzlər” bu il əvvəlki formalarından çox uzaqdadırlar.

27 yaşlı pilotun Red Bull komandasıyla 2028-ci ilə qədər müqaviləsi olsa da adı Mercedes ilə hallanmağa başlayıb.

Lakin müqavilədə belə maddə var idi: Ferstappen yay fasiləsinə qədər çempionatda ilk üçlükdə yer almasa, müqaviləni birtərəfli şəkildə ləğv edə bilər. Bu bənd son aylarda onun Mercedes-ə keçəcəyi iddialarını gündəmdə saxlayırdı.

Lakin son nəticələrlə bu maddə ən azı 2026-cı il üçün aktiv hala gəlməyəcək. Beləliklə, Ferstappen ən azı növbəti mövsüm üçün Red Bull ilə yoluna davam edəcək.

Britaniya mətbuatının məlumatına görə, Ferstappen 2026-cı ildə komandada qalmağı planlaşdırır, lakin 2027-ci il üçün bütün variantları nəzərdən keçirmək istəyir. Bu da o deməkdir ki, yeni texniki reqlament dövrünə Mercedes-dən əlavə digər komandalarla da danışıqlar aparmaq seçimi əlində olacaq.

Builki mövsümdə Red Bull-un əvvəlki illərlə müqayisədə daha zəif görünməsi və çempionluq uğrunda ciddi çətinliklər yaşaması Ferstappenin narazılığını artırsa da, mövcud şərtlər daxilində komandadan ayrılması real görünmür.

Rauf Hacıyev

Şərh əlavə et