Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: Qumarımız tutmadı

Aaton Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, yarışdan əvvəl gözlənilən yağış görə bolidinə yağış sazlaması ediblər, lakin bu strategiya istədikləri nəticəni vermədiyib.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü son yarışlarda xal qazanaraq, turnir cədvəlindəki yerini yaxşılaşdırsa da, Belçika yarışına pitdən başlayıb və yekunda onluğa düşə bilməyib.

Yarışdan sonra Fernando Alonso bildirib ki, bir neçə dövrə yağışlı trasda sürüv. Sonra isə hava günəşli olub və buna görə temp itirib: “Yarışa yaş hava sazlaması ilə çıxdıq – böyük arxa qanad və başqa detallarla… Proqnozlara baxdıq və qərarımızı buna əsasən verdik. Amma altı dövrə yaş trasda sürdükdən sonra 38 dövrə boyunca quru və günəşli trasda yarışdıq. Ona görə də tempimiz zəif idi”.

Fernando Alonso yarışın sonlarına doğru etdiyi ikinci pit stopun da onun bir neçə mövqe itirməsinə səbəb olduğunu deyib. Eyni zamanda startda istifadə etdiyi keçid təkərlərin tez yeyilməsindən şikayət edib: “Silverstoundakı kimi cəsarətli bir qərar deyildi. Sadəcə keçid təkərləri dözmürdü. Ona görə də quru təkərlərə keçməyə məcbur olduq”.

Yarışın gec başlamasına təəccüblənmədiyini deyən Alonso bildirib ki, təhlükəsizliyin hər zaman birinci prioritetdir: “Görünüş yox idi, o an yarış başlaya bilməzdi. Düşünürəm ki, düzgün zamanda start verildi. Amma günün bu qədər günəşli keçəcəyini gözləmirdik. Gün boyu yağış olacağını hesablamışdıq. Qumarımız boşa çıxdı”.

Aston Martin üçün uğursuz keçən yarış həftəsonu barədə isə bunları deyib: “Dünən sıralanmalarda 19 və 20-ci yerdə idik. Bu gün də vəziyyət yaxşı deyildi. Ümid edirəm ki, Budapeştdə hər şey daha yaxşı olar”.

Rauf Hacıyev

Şərh əlavə et