Xəbəri Kokpitdə Oxuyun!

Sayns da yarışa pitdən başlayacaq

Formula 1 üzrə Belçika yarışına pit yolundan başlayacaq pilotların sayı dörd nəfərə çatıb.

Kokpit.az xatırladır ki, Karlos Sayns sıralanma turunda 15-ci yeri tutmuşdu. Lakin onun bolidində mexaniki və aerodinamik sazlamalarda dəyişiklik edilib. Buna görə də Williams komandasının sürücüsü yarışa pit yolundan başlayacaq.

Bu qərar Spa trasında gözlənilən güclü yağışa hazırlıq çərçivəsində atılıb. Yağış səbəbilə F3 yarışı ləğv olunub, F2 yarışı isə yağışlı şəraitdə baş tutub.

Beləliklə, Sayns bu gün Lyuis Həmilton, Fernando Alonso və Kimi Antonelli ilə birlikdə pit yolundan start alacaq dördüncü pilot olub.

Qeyd edək ki,  Həmilton, Alonso və Antonelli mühərrik komponentlərini dəyişdiklərinə görə cəza alıblar. Həmilton əlavə olaraq asılqan sazlamalarını qapalı park qaydalarına zidd şəkildə dəyişdiyi üçün cəza ilə üzləşib.

Rauf Hacıyev

Şərh əlavə et