Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Podyumu qorumaq xoşbəxtlikdir

Ferrari komandasının pilotu Şarl Lekler Belçika Qran Prisində üçüncü yeri qazanmasının ardından bildirib ki, yarış ərzində Maks Ferstappenin təzyiqini hiss edib.

Kokpit.az xatırladır ki, monakolu sürücü üçüncü başladığı yarışı Maks Ferstappenin hücumlarına baxmayaraq, üçüncü yerdə bitirib.

Çətin şərtlərə baxmayaraq, podyum mövqeyini qorumağı bacaran Şarl Lekler yarışdan sonra verdiyi açıqlamada deyib: “Maks yarışın sonuna qədər arxamda idi. Yarış ərzində iki saniyədən də yaxın məsafədə idi. Buna görə heç də asan olmadı.

Yarışın ilk dövrəsinin bizim üçün ən çətin an olacağını bilirdim, çünki nə McLaren-lər, nə də Maks qədər asfaltayatma qüvvəmiz var idi.

Xoşbəxtlikdən, tras tez qurudu. O andan etibarən tempimiz yaxşı idi. Amma Maks daim yaxında idi, buna görə üçüncülüyü qoruya bildiyimiz üçün xoşbəxtəm.

Belə şəraitdə təzyiq çox yüksək olur. Yarışda mühəndisim Brayana “Məni tək burax!” dedim. Təbii ki, o mənə faydalı məlumatlar verməyə çalışırdı, amma bəzən buna həqiqətən ehtiyac olmur”.

Rauf Hacıyev

Şərh əlavə et