Kokpit.az xatırladır ki, niderlandlı pilot Belçikadakı əsas sıralanma turunu dördüncü yerdə bitirib.
Maks Ferstappen bildirib ki, sessiya ərzində bolidi limitlərdə sürəcək qədər inamlı olmayıb: “Əslində bu sazlanmaların sürüş hissini bir qədər yaxşılaşdıracağını düşünürdüm. Sadəcə bir az sürüşmə ola bilər deyə gözləyirdim, amma belə olmadı. Avtomobil lazım olduğundan artıq sürüşdü və düzgün balansı tapa bilmədik.
Sözün açığı, bu bir az qəribə idi. Bunu oturub təhlil etməliyik, çünki bütün sıralanma turu ərzində həqiqətən də limitlərdə sürə bilmədim. Spa kimi trasda döngələrə inamla girmək vacibdir, bolidin dönəcəyinə əmin olmalısınız, amma bunu edə bilmədim”.
Maks Ferstappen sıralanma turunun son sessiyasında istədikləri nəticəni ala bilmədiklərini də etiraf edib: “Ən azından üçüncü yerdən başlamağı istəyərdim. Bu gün bizim üçün ən real mövqe o idi. Təəssüf ki, son sessiyada istədiyimiz alınmadı”.
Yarışda gözlənilən yağışa barədə də danışan Red Bull sürücüsü qeyd edib: “Spada yağış altında yarışmaq həmişə çox çətin olur. Nə qədər yağış yağacağını görəcəyik. Təbii ki, ideal ssenaridə ən azı üçüncü olmaq istərdim. McLaren-lərlə mübarizə çox çətin olacaq, amma bu trasda hər şey mümkündür”.
Şərh əlavə et