Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Piastri layiq idi

Belçika Qran Prisinə pouldan başlayan Lando Norris yarışı ikinci pillədə tamamlayıb.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü yarışın ilk dövrəsində Kemmel düzlüyündə liderliyini itirib və yarışın sonuna qədər ikinci yerdə qalıb. O, yarışdan avstraliyalı pilotu təbrik edib və yarışın taleyini müəyyən edən əsas məqamın start anı olduğunu bildirib.

Lando Norris: “Oskar startda yaxşı iş gördü. Bundan artıq deyəcək sözüm yoxdur. Qırmızı Su döngəsinə daha qətiyyətli daxil oldu, hava kisəsini tutdu və yaxşı sürət qazandı.

Buna görə də şikayət edə biləcəyim bir şey yoxdur. O, startda məndən daha yaxşı çıxış etdi və məsələ bununla bitdi. O andan sonra artıq heç nə edə bilməzdim. Əlbəttə, mən də lider olmaq istəyərdim, amma bu gün Oskar buna layiq idi”.

Son dövrədə etdiyi bir neçə səhv olmasaydı, birinci yeri qazana bilib-bilməyəcəyi sualına Lando Norris belə cavab verib: “Bu, ‘kaş ki belə etsəydim’ mövzusudur. Oskar qələbəyə layiqdir. Əminəm, o da bir neçə səhv edib. Amma o, qüsursuz yarışsaydı belə, bu gün ona heç yaxınlaşa bilməzdim.

Öz çıxışımı təhlil edəcəyəm. Amma ümumilikdə komanda üçün xoşbəxtəm. Yenə də yarışı dublla bitirdik. Görünür, uzun illərdən sonra belə nəticə əldə edirik. Komanda və Oskar üçün tam layiqli nəticədir”.

Növbəti mərhələ olan Macarıstan Qran Prisi barədə danışan Norris bunları deyib: “Budapeşt mənim üçün xüsusi traslardan biridir – həm əvvəlki illərdəki uğurlarım, həm də Formula 1 karyerama başladığım yer olması baxımından… Orada həmişə gözəl xatirələrim olub. Üstəlik, bu tras normal hava şəraitində mənə Spadan daha çox uyğundur”.

Rauf Hacıyev

Şərh əlavə et