Kokpit.az xatırladır ki, britaniyalı sürücünün dövrəsi tras limitlərini aşdığı üçün ləğv edilib və nəticədə o, sıralanma turunda 16-cı yeri tutub. Bununla da yeddiqat Dünya Çempionu həm sprint, həm də əsas sıralanma turunda mübarizəni birinci sessiyada dayandırıb.
Lyuis Həmilton sessiyadan son səmimi etiraflarla çıxış edib: “Bəzi dəyişikliklər etdik. Bolid o qədər də pis hiss etdirmirdi. Lakin ilk sessiyanı keçə bilmək üçün ikinci Soft təkər dəstindən istifadə etməyə məcbur olduq. Bu artıq yaxşı əlamət deyildi. Ardınca isə öz səhvimi etdim.
Özümə baxmalıyam. Komandamdan üzr istəyirəm, çünki bu nəticə qəbuledilməzdir. Hər iki sıralanma turunda da ilk sessiyadan uduzmaq – bu mənim üçün çox zəif performansdır.
Əlimizdə olanla ən yaxşısını etməyə çalışırıq. Zavodda hər kəs bütün gücü ilə işləyir. Bəzi yeniliklər gəlib, amma görünür ki, bu mövsüm üçün artıq bundan artığı olmayacaq.
İndi isə bütün diqqət gələn ilin bolidinə və 2026-cı il qayda dəyişikliklərinə yönəlib”.
Şərh əlavə et