Xəbəri Kokpitdə Oxuyun!

Həmilton, Alonso və Antonelli pit yolundan başlayacaqlar

Belçikadakı sıralanma turunun ilk sessiyasında mübarizəni dayandıran Lyuis Həmilton, Kimi Antonelli və Fernando Alonso, Belçika yarışına pit yolundan start verəcəklər.

Kokpit.az xatırladır ki, Həmilton sıralanma turunu 16-cı, Antonelli 18-ci, Alonso isə 19-cu yerdə tamamlamışdı. Lakin hər üç pilot sıralanma turundan sonra yeni güc qurğusuna keçib və mövsüm ərzində icazə verilən mühərrik limitini aşıblar.

FIA-nın texniki qaydalarına əsasən, bu hal onların start düzülüşündəki yerlərini itirmələrinə və yarışa pit yolundan başlamalarına səbəb olub.

Bu qərar müəyyən mənada onlara üstünlük qazandırıb. Belə ki, pit yolundan başlayan sürücülər bolidin sazlanmalarında dəyişiklik edə bilərlər. Bu isə onlara Spada gözlənilən yağışlı hava şəraitinə uyğun sazlama imkanı verir.

Hər üç pilotun da yarışa yağışa uyğun sazlamalarla çıxacağı gözlənilir.

Rauf Hacıyev

Şərh əlavə et