Lakin yarışdan sonra stüardlar onun hərəkətlərində qayda pozuntusu aşkar ediblər. Belə ki, o, yarışdan əvvəl qızdırma dövrəsində təhlükəsizlik maşınının arxasınca yollanmazdan əvvəl zəruri rejimi aktiv etməyib. Bu isə yarışın startından öncə təyin olunmuş sazlama prosedurunun pozulması sayılır.
Nəticədə Danna 10 saniyəlik cəza verilib və bu, onun yekun nəticəsinə əlavə olunub. Beləliklə, o, qələbəni itirib və həftəsonunun əsas yarışında protokolda 10-cu yerə geriləyib. Bununla da Sürücülər Çempionatında 4-cü pilləyə düşüb.
Bundan bir qədər sonra məlum olub ki, yarışı ikinci yerdə başa vurmuş Arvid Lindblad diskvalifikasiya olunub. Səbəb – onun maşınında Pirelli tərəfindən təyin olunmuş minimal təzyiq səviyyəsindən aşağı göstəricinin qeydə alınmasıdır.
Beləliklə, qələbə Roman Staneka verilib. Ritomu Miata ikinci, Lyuk Brauninq isə üçüncü yerə yüksəlib.
Şərh əlavə et