Xəbəri Kokpitdə Oxuyun!

Belçika-2025: McLaren əlçatmazdır

Cümə və şənbə günləri pilotlar və azarkeşlər Spa-da əla havadan zövq alıblar – həftəsonu ərzində birsprint formatlı həftəsonu boyu çox maraqlı hadisələr baş verib.

Cümə günü yeganə məşqdə və sprintin təsnifat mərhələsində ən yaxşı nəticəni Oskar Piastri göstərib, şənbə günü Ferstappen sprinti qazanıb, əsas təsnifat turunda isə Lando Norris poul mövqeyini əldə edib.

Bazar günü səhər tezdən yağış başlayıb. Formula 3 yarışı bir neçə dəfə start verməyə cəhd edilsə də, sonda ləğv olunub. Formula 2 pilotları yarışa biliblər, amma finişə yaxın yağış güclənib, trasdan çıxmalar başlayıb – təhlükəsizlik avtomobili trasda görünüb, sonra isə yarış qırmızı bayraqlarla dayandırılıb.

Proqnozlar göstərib ki, Formula 1 yarışının startına yaxın yağış fasilə verəcək, sonra isə yenidən yağacaq – elə də olub.

Əvvəlcə hava yaxşılaşıb, amma starta yarım saat qalmış tribunadakı azarkeşlər yenidən çətirlərini açıb. Hələ qurumamış tras tez bir zamanda yenidən islanıb. Komandalara start düzülüşündə maşınların üzərində tentdən istifadə etməyə icazə verilib.

Start düzümünün ilk cərgəsində McLaren-dən Norris və Piastri yer alıb, ikinci cərgədə Lekler və Ferstappen, üçüncüdə isə mövsümdə ən yaxşı nəticəsini əldə etmiş Elbon və Rassell qərarlaşıb.

Həmilton, Antonelli və Alonso sıralanma turunu uğursuz keçirib, komandalar bu vəziyyətdən istifadə edərək güc qurğularını dəyişdirib. Sayns qapalı park rejimində sazlanmaları dəyişib. Bu dörd pilot pit-leynindən start götürüb.

Yağış davam edib. Bütün pilotlar TM arxasında orta yağış şinləri ilə trasda hərəkətə başlayıblar, lakin bir dövrəni belə tamamlaya bilməyiblər və qırmızı bayraqlar göstərilib – trasda həddindən artıq su olub və görünüş qənaətbəxş olmayıb.

Pilotlar pit-zolağına qayıdıb və vəziyyət yaxşılaşana qədər maşınları tərk edib. Əslində, yarış start götürməyib, buna görə də yarış üçün ayrılmış üç saatlıq geri sayım başlamayıb.

Fasilə uzanıb. Yağış güclü olmasa da, tras istiqamətində yeni bir bulud yaxınlaşıb – yarış rəhbərliyi isə onun keçməsini gözləyib. FIA bildirib ki, yarış yalnız yağış dayanandan və trasdakı su təmizlənəndən sonra başlayacaq.

Startın planlaşdırıldığı vaxtdan (yerli saatla 15:00) bir saat sonra tibbi avtomobil trasda bir dövrə vurub və yarış rəhbərliyi startı saat 16:20-yə təyin edib.

Günəş üzə çıxıb. Yeddi kilometrlik trasın bəzi hissələri demək olar ki, quruyub, digər yerlərində isə hələ də su qalıb. Start təhlükəsizlik avtomobilinin arxasında orta yağış şinləri ilə verilib və pilotlar onun arxasında bir yox, minimum iki dövrə vurmalı olublar.

Startda Lando liderliyi qoruyub, amma dördüncü döngədə bir qədər sürüşüb – batareya ilə bağlı problemlər yaşanıb və Oskar onu qabaqlayıb və yarışın yeni lideri olub.

6-cı dövrədə Corc Aleksi ötüşb olub, Karlos və Lüis isə Lensə çatıb, onu keçib. 7-ci döngədə ilk onluq: Piastri — Norris — Lekler — Ferstappen — Rassell — Elbon — Tsunoda — Hacar — Louson — Bortoleto.

8 və 9-cu döngələrdə Həmilton ardıcıl olaraq Saynsı, Kolapintonu, Hülkenberqi və Qaslini qabaqlayıb, 14-cü yerə qalxıb. Ferstappen uzun müddət Lekleri təzyiq altında saxlayıb, Şarl La Source-da səhv edib, amma Maksı arxasında saxlayıb.

11-ci döngədə Okon Bermanı önə buraxıb — arxadan Həmilton yaxınlaşıb, amma onu boks çağırıblar və Lüis slikklərə keçən ilk sürücü olub. Sonra Qasli, Hülkenberq və Alonso da təkər dəyişdirib.

12-ci döngədə Piastri, Lekler, Ferstappen, Rassell, Elbon, Louson, Bortoleto, Berman, Kolapinto, Sains sliklərə keçiblər. 13-cü döngədə Norris, Tsunoda, Hacar və Okon pit-stop ediblər. Hamı Medium təkərlərə keçib, yalnız Norrisə Hard taxılıb.

18-ci döngədə Hülkenberq komandadan gələn göstərişə görə komanda yoldaşını irəli buraxıb. Antonelli Kolapintonu 15-ci yer uğrunda mübarizədə qabaqlayıb.

Norris 31-ci dövrədə sürətini artırıb və ən yaxşı dövrəni vurub. Lakin səhvə yol verib. 34-cü dövrədə isə təkərlərini bloklayaraq təxmini 0.7 saniyə itirib. Aradakı fərq azalsa da, həm Piastri vəziyyətə nəzarət edib, həm də Lando çox səhvə yol verib.

Oskar Piastri mövsümdə 6-cı, karyerasında isə 8-ci qələbəsini əldə edib. Lando Norrisin ikinciliyi McLaren-ə tarixində 55-ci qələbə dublunu gətirib. Şarl Lekler mövsümdə 5-ci dəfə podiuma yüksəlib. Yarışda bütün sürücülər finişə çat biliblər.

Mübarizə gələn həftəsonu Macarıstanda davam edəcək. Sonrasında isə çempionat yay tətilinə yollanır…

Elçin Zodorov

Şərh əlavə et