Xəbəri Kokpitdə Oxuyun!

Sauber komandasına xəbərdarlıq verilib

Belçika Qran Prisinin sıralanma turunun ilk sessiyası başlamazdan əvvəl pit yolunda Ləns Stroll ilə Niko Hülkenberq arasında yüngül təmas baş verib.

Sauber komandasının mexaniklərinin işarəsi ilə Niko pitdən çıxaraq birbaşa Lənsin qarşısına düşüb. Aston Martin pilotu isə ön sağ təkəri ilə Hülkenberqin bolidinin sol ön qanadına toxunub.

Hadisənin videogörüntüsünü araşdıran stüardlar komandaların nümayəndələrini də dinləyiblər və nəticədə Sauber komandasına rəsmi xəbərdarlıq verilib. Niko Hülkenberq isə şəxsi cəzalardan yayına bilib, çünki komandanın təlimatına uyğun hərəkət etdiyi müəyyən olunub.

Rauf Hacıyev

Şərh əlavə et