Kokpit.az xatırladır ki, monakolu sürücü Belçikadakı sprint sıralanma turunda poul qazanan Oskar Piastridən 0.7 saniyə geridə qalıb və dördüncü yeri tutub.
Ferrari bu yarışa yeni arxa asılqan gətirib. Şarl Lekler verdiyi açıqlamada yeniliklərin faydasını hiss etdiyini təsdiqləyib: “Dəyişiklikləri hiss etdim, amma bu gün fərq çox böyük idi. Əminəm ki, irəliləyiş əldə etmişik, amma McLaren bu trasda hətta əvvəlkindən də sürətli görünür!”
O, yeniliklərin gözlənilən effekti verdiyini desə də, dövrəvi nəticələrin məyusedici olduğunu vurğulayıb:
“Yeniliklərlə istədiyimiz bəzi məqamlara çatdıq, lakin sıralanma sessiyası çox çətin keçdi. Xüsusilə də fərqlərə baxdıqda, bu, çox məyusedicidir”.
Monakolu pilot bolidn idarəetməsinin yaxşılaşdığını desə də, hələ də ciddi çatışmazlıqların olduğunu bildirib: “Bəli, idarəetmə baxımından hiss yaxşı idi. Maşının daha yaxşı hiss etdirməsi məni sevindirir, amma buna baxmayaraq, hələ də 0.7 saniyə geridəyik. Hələ çox iş görülməlidir. Hazırda əsas çatışmazlıq – maşına kifayət qədər asfaltla ilişmə qazandıra bilməməyimizdir”.
Şərh əlavə et