Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Gözləmirdim

Ferrari komandasının pilotu Şarl Lekler Belçika Qran Prisində keçirilən sıralanma turlarını üçüncü pillədə tamamladıqdan sonra nəticədən razı qaldığını bildirib. O, yeniliklərin performansa müsbət təsir etdiyini desə də, belə güclü nəticə gözləmədiyini etiraf edib.

Kokpit.az xatırladır ki, monakolu sürücü Belçikadakı sıralanma turunda son cəhdində yaxşı dövrə vuraraq, üçüncü yeri tutub.

Şarl Lekler: “Bu gün çox xoşbəxtəm. Bunu demək bir az qəribədir, çünki hələ də 0.3 saniyə geridəyik və sadəcə üçüncü olmuşam, amma bu nəticəni həqiqətən gözləmirdim.

Ferrari-nin bu həftəsonu gətirdiyi yeniliklərdən sonra potensialın artdığını hiss etdiklərini bildirən Lekler əlavə edib: “Geridə olacağımızı düşünürdük. Bu həftəsonu gətirdiyimiz yeniliklə maşında daha çox potensial olduğunu bilirdik, amma dünən yenə də çətinlik çəkdik”.

Monakolu pilot sıralanma turunu yüksək qiymətləndirib: “Bu dövrə həqiqətən çox yaxşı idi. Dövrəmdən və maşının hissindən çox razıyam. Sıralanma turunda hər şeyi bir araya gətirə bilməyimiz gözəl oldu”.

Yarışda Ferstappeni arxada saxlamaq və McLaren-lərlə mübarizə aparmaqla bağlı suala isə Şarl Lekler ehtiyatla cavab verib: “Bilmirəm. Onların sprintdə yarış templəri çox güclü görünürdü. Onların tempinə cavab verə bilmədim. Lakin etdiyimiz kiçik dəyişikliklər hesabına onlatla mübarizə apara biləcəyimizə ümid edirəm”.

Rauf Hacıyev

Şərh əlavə et