Kokpit.az xatırladır ki, çempionatın lideri son cəhdə qədər poul iddiasını saxlasa da, sonda ikinci yerlə razılaşmalı olub.
Avstraliyalı sürücü xüsusilə son cəhdində etdiyi xırda bir səhvin həlledici olduğunu bildirib: “Bir az məyusluq yaşadım. İkinci cəhdim çox yaxşı gedirdi, lakin 14-cü döngədə etdiyim kiçik bir səhv çox vaxt itirməyimə səbəb oldu. Məyusam.
Bolid bu gün də çox yaxşı idi, amma nəticələr çox xırda fərqlərlə müəyyən olunur. İkinci yer pis deyil, yaxşı start mövqeyidir, lakin daha yaxşısını etmək mümkün idi. Bu səbəbdən də bir qədər məyusam”.
Komanda yoldaşı Lando Norrisin son sessiyada göstərdiyi sürət artımının sürpriz olub-olmadığı sualına isə Oskar Piastri belə cavab verib: “Bilmirəm. Biz yaxşı komanda yoldaşlarıyıq və hər həftəsonu bir-birimizdən çox şey öyrənirik. Bu bizi güclü komanda edir, eyni zamanda isə bir-birimizə qarşı yarışmaq işləri çətinləşdirir.
Bu gün pis çıxış etmədim, amma vacib anda hər şeyi istədiyim kimi yerinə yetirə bilmədim. Bir az məyusedici haldır”.
Sabahkı yarış üçün proqnozlaşdırılan yağışlı hava barədə Oskar Piastri belə deyib: “Sprintdən sonra məqsədim yenə ikincilik idi. Sabah havanın necə olacağını bilmirəm, fərqli görünür. Gözləyib görəcəyik, amma yaxşı bir yarış keçirməyə çalışacağıq”.
Şərh əlavə et