Kokpit.az xatırladır ki, niderlandlı sürücü yarışa ikinci yerdən başlasa da, ilk dövrədə Kemmel düzlüyündə Oskar Piastrini keçərək, liderliyə yüksəlib. O, daha sonra yarışın sonuna qədər Piastri ilə Norrisin hücumlarına tab gətirib və sprint yarışını qazanıb.
Maks Ferstappen yarışdan sonra verdiyi açıqlamada belə deyib: “Yarış bizim üçün həqiqətən yaxşı keçdi. Start McLaren-lərə qarşı əsas şansımız idi və 5-ci döngədə liderliyi ələ keçirdik. Sonrasında onları arxada saxlamağın çox çətin olacağını bilirdim. DRS və batareya istifadəsi ilə bu, pişik-siçan oyununa çevrildi”.
Ferstappen McLaren-lərin yarış boyu 0.7 saniyəlik fərq daxilində qaldığını vurğulayıb: “Böyük səhv etməyə haqqım yox idi. Yalnız son döngədə bir az əyləc kilidlənməsi yaşadım, amma bunun xaricində hər şey çox yaxşı idi. Spada qalib gəlmək dəyərli sayılır. Sprint olsa belə. Bugünkü performansdan çox razıyam”.
O, McLaren-lərlə baş-başa gedən mübarizəni “limitlərdən kənarda sürmək” kimi xarakterizə edib: “Bu qədər yaxın bir döyüşdə qalib gəlmək üçün hədləri aşmaq lazım gəlir. Belə yarışda təkərə nəzarət arxa planda qalır. Bu isə işi daha da çətinləşdirir. Onları arxamda saxlamaq üçün 15 dövrə ərzində sanki sıralanma turu atdım. Asan deyildi, amma bacardıq və bu məni çox sevindirir”.
Şərh əlavə et