Kokpit.az xatırladır ki, britaniyalı sürücü sıralanma turunun birinci sessiyasının sonunda yerində fırlanıb və dövrəsini bitirə bilməyib. O, bununla da 18-ci yeri tutuaraq, sıralanma turunda mübarizəni dayandırıb.
Sessiyada gözlənilmədən avtomobilinin idarəetməsini itirən və yerində fırlanan Lyuis Həmilton bildirib ki, belə hadisə onun karyerasında ilk dəfə baş verir: “Düşünürəm ki, karyeramda belə bir şey ilk dəfədir baş verir. Bir sözlə – yerimdə fırlandım”.
Yeddiqat Dünya Çempionu maşının ümumi performansından razı qalmadığını açıq şəkildə dilə gətirib: “Ümumilikdə elə də yaxşı deyildi. Deyəcək çox şey yoxdur”.
Texniki yenililklərin avtomobili daha idarəolunan hala gətirib-gətirmədiyi sualına isə qısa və konkret cavab verib: “Xeyr”.
Yarışla bağlı gözləntiləri barədə danışan Lyuis Həmilton ümidsiz olmadığını vurğulayıb: “Sabah yeni gündür. Əlbəttə, çox əsəbiyəm. Bu nöqtəyə gəlmək üçün çox iş görülüb, amma nəticə ürəkaçan deyil. Ümid edirəm ki, sabah hər şey daha yaxşı olar”.
Şərh əlavə et