Kokpit.az xatırladır ki, ispaniyalı sürücü altıncı nəticə ilə kifayətlənib və komanda yoldaşı Aleks Elbonu qabaqlayıb. Elbon isə sıralanma turunun ilk sessiyasında mübarizəni dayandırıb. Onun bolidində də texniki nasazlıq müşahidə olunub.
Karlos Sayns: “Bu gün əldə etdiyim nəticədən razı qaldım. Komandayla birlikdə vəziyyəti düzəltməyi bacardım, baxmayaraq ki, sərbəst yürüşün yarısını buraxmışdım. Mühərriklə bağlı problem üzə çıxmışdı və vəziyyəti özümüz çətinləşdirmişdik.
Bu sessiya mənim üçün vacib idi, çünki Spa trasında Williams bolidi ilə ilk dəfə çıxış edirdim. Sıralanma turuna hazırlaşmaq üçün çox az vaxtım var idi. Buna baxmayaraq, sprint sıralanmasında bir neçə yaxşı dövrə atmağı bacardım.
Komanda bu həftəsonu bir neçə yenilik gətirib. Maşını düzgün sazlamaq üçün onların necə işlədiyini tam başa düşməliyəm. Ümid edirəm ki, şənbə günü tempi artıra biləcəyik”.
Aleks Elbon: “Maşında problem yaranmışdı. Elə düşünürdük ki, sərbəst yürüşdən sonra aradan qaldırmışıq, amma sprint sıralanmasında düzlüklərdə çox vaxt itirdik. Görünür, maşının sazlanması üçün fərqli yanaşma tələb olunur.
Buna baxmayaraq, bu trasda maşınımızın yüksək sürət potensialı var. Həftəsonunun əsas mərhələlərinə optimist yanaşıram”.
Şərh əlavə et