Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: Çınqıllara görə zəiflədim

Mercedes komandasının pilotu Corc Rassell Belçika Qran Prisindəki sprint sıralanma turunun ikinci sessiyasında mübarizəni dayandırmasını Andrea Kimi Antonellinin trasdan çıxması nəticəsində trasda qalan çınqıllarla əlaqələndirib.

Kokpit.az xaıtırladır ki, britaniyalı sürücü sprint sıralanma turunda 13-cü yeri tutub və ikinci sessiyasa mübarizəni dayandırıb.

Corc Rassell bildirib ki, Antonelli trasdan çıxdıqdan sonra onun avtomobilindən saçılan çınqılların üzərindən keçib və bu da bolidində zədə yaradıb: “Bütün gün ərzində tempimiz yaxşı idi. Birinci sessiyada Kimi trasdan çıxdıqda onun avtomobilindən qalan çınqılların üzərindən keçdim. O dövrənin qalan hissəsi də, sonrakı dövrələr də bərbad keçdi. Avtomobilin bəzi hissələrində zədə aşkar etdik və bunun təsirli olduğunu düşünürük”.

Britaniyalı pilot sıralanma sessiyalarındakı performans itkisini sazlanma ilə əlaqələndirməyin doğru olmadığını vurğulayıb: “Sərbəst yürüşlərdə yaxşı idik, birinci sessiyada da tempimiz vardı. Amma çınqıllara girdikdən sonra maşın artıq əvvəlki kimi hiss etdirmədi. Bu, böyük şok idi, çünki fərq çox böyük oldu”.

Yarışa daha nikbin yanaşdığını bildirən Rassell əlavə edib:
“Şükür ki, bu sadəcə sprint yarışıdır. Şənbə günü irəliləyiş əldə edə bilərəm”.

Rauf Hacıyev

Şərh əlavə et