Gənc pilotlar çempionatının iştirakçılarını şənbə səhəri quru və günəşli hava qarşılayıb. Start zamanı havanın temperaturu 18 dərəcə asfaltın temperaturu isə 25 dərəcə olub.
Yarışa pouldan başlayan sahibi Hitech komandasının pilotu Freddi Sleyter liderliyini qoruyub. Stromsted dördüncü döngədə ona hücum etməyə çalışıb. Üçüncü yer uğrunda gərgin mübarizədə Çarli Vurts rəqibi Bruno del Pinonu qabaqlayıb. Lakin dövrənin sonuna yaxın del Pino mövqeyini geri alıb.
Daha sonra Rafael Kamara rəqibi Kallum Vuazeni keçərək onuncu yerə yüksəlib. Vurts yenidən del Pinoya hücum edib və üçüncü yerə qayıdıb. Həmin dövrədə Kamara Roman Bilinskini də keçərək doqquzuncu yerə qalxıb.
Üçüncü dövrədə Stromsted DRS zonasında Sleyteri qabaqlayaraq yarışın lideri olub və fərq yaratmaq məqsədilə ən sürətli dövrəni göstərib. Bu vaxt Hqo Uqoçukwu del Pinonu keçərək dördüncü yerə yüksəlib.
Növbəti dövrədə Uqoçukvu rəqibi Vurtsu keçərək, üçüncü yerə sahib çıxıb. Pelotonun ortasında isə Mari Boya irəliləyərək onuncu yerə qədər yüksəlib.
Altıncı dövrədə Bruno del Pino daha bir mövqeyi əldən verib – bu dəfə onu Martinius Stenshorn keçib. Yeddinci dövrədə Uqoçukwu Sleyteri qabaqlayaraq ikinci yerə çıxıb. Liderlərdən arxada isə Tasanapol İntrafuvasaq və Nikola Colov da del Pinonu geridə qoyublar.
Səkkizinci dövrədə Vurts DRS-dən istifadə edərək Sleyteri keçib və onu ilk üçlükdən çıxarıb. Del Pino isə ardıcıl olaraq Kamara və Boyanı irəli buraxaraq onuncu yerə geriləyib.
Doqquzuncu dövrədə Stenshorn, Colov və Kamara da Sleyteri geridə qoyublar. Dövrənin sonunda Colov son şikanda əyləcləmə zamanı Stenshornu keçərək, dördüncü yerə qalxıb.
Onuncu dövrədə Colov bir daha DRS-dən yararlanaraq Stenshornu arxada qoyub. Bu vaxt Mari Boya artıq səkkizinci olsa da, tras limitlərini aşdığı üçün beş saniyəlik cəza alıb. Yarış bitəndən sonra bu cəza nəticəyə əlavə olunub və Boya ilk onluqdan çıxaraq on beşinci yerə düşüb.
Danimarkalı Noy Stromsted yarışı inamla tamamlayaraq karyerasındakı ilk qələbəsini qazanıb. Huqo Uqoçukwu ikinci yeri tutaraq karyerasında ilk dəfə podiuma qalxıb. Son dövrədə Çarli Vurts Nikola Colovun təzyiqinə tab gətirərək üçüncü yerdə finişə. Bu nəticə avstriyalı pilotun karyerasının ən yaxşı nəticəsi olub.
Colovun qazandığı dördüncü yer isə ona turnir cədvəlində Tim Tramnitsi keçərək ikinci yerə yüksəlməsinə imkan verib. Çempionatda lider olan Rafael Kamara isə yarışı beşinci yerdə başa vurub.
Şərh əlavə et