Xəbəri Kokpitdə Oxuyun!

Belçika-2025: Ferstappen sprintin qalibidir

Spada keçirilən sprint formatlı həftəsonu mövsümdə üçüncü, Belçika trası tarixində isə ikinci olub.

Kokpit.az xatırladır ki, 2023-cü ildə yağış səbəbindən sprint qısaldılmışdı, lakin 2025-ci ildə hava şəraiti yağıntını bazar gününə saxlayıb, şənbə günü isə vəziyyət kifayət qədər optimal olub.

Cümə günü keçirilən məşqdə və sprintin təsnifat mərhələsində çempionat lideri Oskar Piastri ən yaxşı nəticəni göstərib. Yarışa ilk cərgədən onunla birlikdə Ferstappen, ikinci cərgədən Norris və Lekler, üçüncü cərgədən isə Okon və Sayns başlayıblar.

Pirelli bu mərhələyə Hard rolunda C1, Medium və Soft kimi isə C3 və C4 tərkiblərini gətirib. Yeganə saatlıq məşq sessiyası təkərləri tam anlamaq üçün kifayət etməyib, lakin sprintin uzunluğu (15 dövrə) şin seçimini müəyyənləşdirib. Soft üçün bu məsafə çox olub, Hard isə əsas yarışa ehtiyat üçün nəzərdə tutulub, buna görə də bütün sürücülər Medium seçib, yalnız Kolapinto Soft-la trasa çıxıb.

Qasli aşkarlanan sızmaya görə start ala bilməyib. Onun komanda yoldaşı Kolapinto isə arxa qanad dəyişdirildiyi üçün pit-leyndən yarışa başlayıb.

Startda Piastri liderliyini qoruyub, amma beşinci döngəyə gedən uzun düzlükdə Ferstappen hücum edib və irəli keçib. Stroll Alonsonu, Lekler isə Norrisi ötüb. 2-ci dövrədə ilk onluq: Ferstappen – Piastri – Lekler – Norris – Okon – Sayns – Berman – Hacar – Bortoletto – Louson.

Piastri Maksın arxasında ona çox yaxın fərqlə gedib, hücum üçün əlverişli an gözləyib, ikisi də Leklerdən tez uzaqlaşıb. 4-cü dövrədə Norris Lekleri üçüncülük uğrunda mübarizədə keçib. Bir dövrə sonra Həmilton Antonellini geridə qoyub.

Demək olar ki, bütün peleton “DRS qatarı”nda gedib, lakin real ötmələr üçün çox da imkan olmayıb. Sürücülər demək olar ki, səhvə yol verməyiblər. Norris liderlərə çatıb, ilk üçlük saniyə içində sıx tempdə gedib. 11-ci dövrədə Piastri Maksı ötməyə cəhd edib, amma düzlük kifayət etməyib.

Norrisə deyilib ki, Piastrinin batareyası yarıya qədər doludur, o da komanda yoldaşına hücum etməyə çalışıb, amma bacarmayıb. 15-ci dövrədə Həmilton Elbonu 15-ci yer uğrunda ötüb.

Maks Ferstappen sprint yarışlarında bu il ilk, karyerasında isə 12-ci qələbəsini qazanıb. Növbəti iki yeri isə Oskar Piastri və Lando Norris tutublar. Spada növbəti mübarizə isə bu gün Bakı vaxtı ilə 18:00-da əsas yarışın sıralanma turu olacaq…

Elçin Zodorov

Şərh əlavə et