Kokpit.az xatırladır ki, avstraliyalı sürücü Belçikadakı sprint sıralanma turunda ən yaxın rəqibi Maks Ferstappenə 0.4 saniyə fərq ataraq, poul qazanıb. O, komanda yoldaşı Lando Norrisə isə 0.6 saniyə fərq atıb.
Andrea Stella: “Şübhəsiz ki, Oskardan çox təsirli bir dövrə izlədik. Maşında nə varsa, hamısını ortaya qoydu”.
Stella bildirib ki, Medium tərkibdən Soft təkərlərə keçid performans baxımından əhəmiyyətli dönüş yaradıb.
Piastrinin ilk dövrəsi ləğv olunduqdan sonra McLaren qarajında qısa müddətlik gərginlik yaşansa da, avstraliyalı sürücü ikinci cəhdində poulu qazanmağı bacarıb. Stella bu nəticəni belə dəyərləndirib: “Piastri bu poula sona qədər layiq idi”.
Komandasının Silverstoundan sonra keçən iki həftəni boş keçirmədiyini bildirən Andrea Stella Spa trasına yenilənmiş detallar ilə gəldiklərini açıqlayıb: “Bura bir neçə yeniliklə gəldik. Bütün komandaya təşəkkür etmək istəyirəm. Yeni bir altlıq və yeni bir arxa qanad gətirmişik. Bu işdə dayanmaq geriyə getmək deməkdir”.
Andrea Stella əlavə edib ki, yeniliklər gözlənildiyi kimi işləyib, lakin Red Bull-un sürücüsü Maks Ferstappen hələ də çox güclü rəqib olaraq qalır: “Maks həm sərbəst yürüşdə, həm də sıralamada güclü idi. Hələ yolun əvvəlindəyik. Bu sadəcə sprint sıralanmasıdır – əsas mübarizə hələ qarşıdadır”.
Şərh əlavə et