Kokpit.az xatırladır ki, niderlandlı pilot McLaren komandasının sürücüsü Oskar Piastridən sonra ikinci olub və iki McLaren pilotunun arasına düşüb.
Sıralanma turundan sonra açıqlama verən Maks Ferstappen bildirib: “McLaren-lərin arasında ikinci yerdə olmaq bizim üçün yaxşı nəticədir. Bu gün maksimum nəticə qazandığımı düşünürəm”.
O, Spa trasında sükan arxasında olmaqdan zövq aldığını da deyib: “Orada olmaqdan həzz aldım. Dövrəm kifayət qədər yaxşı idi, təmiz və stabil dövrə oldu. Təbii ki, fərq böyükdür, amma bu fərq artıq ilk sərbəst yürüş sessiyasından etibarən görünürdü, yəni bizim üçün bu sürpriz olmadı”.
Red Bull-un yarışda nə etməli olduğu ilə bağlı da danışan Maks Ferstappen bunları vurğulayıb: “Biz sadəcə özümüzə fokuslanmalıyıq. Avtomobilin balansını yaxşılaşdırmalı və daha sürətli olmağa çalışmalıyıq”.
O, düzlüklərdə komandasının sürətli olduğunu, lakin bunun yetərli olmadığını bildirib: “Düzlüklərdə sürətliyik, amma demək olar ki, 0.5 saniyə geridəyik. Belə olan halda düzlükdə bir az daha sürətli ya da yavaş olmaq böyük fərq yaratmır”.
Öz yarışımıza fokuslanmalı və nəyə nail ola biləcəyimizi görməliyik”.
Red Bull-un Spa trasına gətirdiyi yeniliklərlə bağlı da fikirlərini bölüşən Maks Ferstappen bildirib ki, sprint formatı test prosesini çətinləşdirib: “Sprint həftəsonunda bu yeniliklərin tam olaraq nə dərəcədə işə yaradığını söyləmək həmişə çətindir. Amma fərqlərə baxanda görürük ki, istədiyimiz nəticə bu deyil
Biz daim inkişaf etməyə, performans axtarmağa davam edirik, lakin digər komandalar da eyni şeyi edir”.
Şərh əlavə et