Uzun illərdir Ferstappen ilə sıx əməkdaşlıq edən britaniyalı mühəndis şəxsi səbəblərə görə Spa-Frankorçamps trasındakı yarışda iştirak etməyəcək. Bu, 2025-ci il mövsümündə Lambiasenin niderlandlı sürücünün yanında olmayacağı ikinci yarışdır.
Lambiase daha əvvəl Avstriya Qran Prisini də buraxmış, lakin sonrakı həftəsonu keçirilən Britaniya yarışında komandaya qayıtmışdı.
Onun yoxluğunda Spa yarışında Ferstappenə yenə də Saymon Renni dəstək verəcək. Renni daha əvvəl də Red Bull pilotu ilə əməkdaşlıq etmiş və Avstriya Qran Prisində uğurlu performans sərgiləmişdi. Ferstappenin onunla işləməkdən məmnun olduğu bildirilir.
Lambiasenin gələn həftə keçiriləcək Macarıstan Qran Prisində komandaya dönüb-dönməyəcəyi isə hələlik məlum deyil.
Şərh əlavə et