Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Narahat deyiləm

McLaren komandasının sürücüsü Lando Norris Belçika Qran Prisində keçirilən sprint sıralanma turunu üçüncü pillədə tamamladıqdan sonra açıqlama verib.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü poulda olan komanda yoldaşı Oskar Piastridən 0.6 saniyə geridə qalaraq, üçüncü olub.

Lando Norris bildirib ki, dövrəsi ideal olmasa da, əldə olunan nəticə ciddi problem yaratmayıb: “Düşünürəm ki, kifayət qədər sürətli deyildik. Dövrəm çox təmiz olmadı, amma yenə də liderlə aramızda böyük fərq var”.

O, sprint yarışında üçüncü olmaqdan narahat olmadığını da vurğulayıb: “Çox məyus olmadım. Axı bu yalnız sprint yarışıdır, ona görə də bu mənim üçün ən böyük narahatlıq deyil”.

Lando Norris eyni zamanda bildirib ki, avtomobilin bəzi sahələrində təkmilləşdirmələrə ehtiyac var:
“Bugün hələ cümədir. Ona görə də bunu çox böyütmürəm. Əlbəttə, çox da sevincli deyiləm, amma bu gecə bir az daha işləməliyəm, məsələ bundan ibarətdir”.

Rauf Hacıyev

Şərh əlavə et