Belçika Qran Prisi öncəsi komandaların gətirdiyi texniki yeniliklər diqqət mərkəzinə düşüb.
FIA Spa-Frankorçamps yarış həftəsonu üçün təqdim olunan yeniliklərin siyahısını rəsmi şəkildə dərc edib.
Əsas diqqət Ferrari-yə yönəlib. İtaliya təmsilçisi gözlənildiyi kimi, Spa üçün yeni arxa asılqan sistemini gətirib. Bundan əlavə, boliddə yenilənmiş arxa qanad da olacaq.
McLaren trasın xüsusiyyətlərinə uyğun olaraq yeni arxa qanadla yarışa qatılıb.
Red Bull isə bir neçə sahədə dəyişikliklər həyata keçirib. Komanda bu yarış üçün ön qanad, saydpod girişləri, mühərrik qapağı, ön asılqan və arxa kamber quruluşunda yeniliklər təqdim edib.
Mercedes arxa əyləc sisteminin quruluşunu dəyişdirib və ön qanadda da yenilənməyə gedib.
Aston Martin-də isə daha geniş dəyişikliklər müşahidə olunur. Komanda ön qanad və burun hissəsində ciddi dəyişikliklərə imza atıb. Bundan başqa, arxa qanad və tarazlayəcı qanad (beam wing) bölgəsində də yeniliklər tətbiq olunub.
Digər komandaların yenilikləri ilə bağlı ətraflı məlumatı aşağıdakı siyahıda görə bilərsiniz.
- McLaren: Arxa qanad
- Ferrari: Arxa asılqan, arxa qanad
- Red Bull: Ön qanad, saydpod girişi, motor qapağı, ön asılqan, arxa kamber quruluşu
- Mercedes: Ön qanad, arxa əyləc quruluşu
- Aston Martin: Ön qanad, burun, arxa qanad, tarazlayıcı
- Alpine: Arxa qanad, tarazlayıcı qanad
- Haas: Yenilik yoxdur
- Racing Bulls: Diffuzor, arxa əyləc kanalının quruluşu, arxa qanad
- Williams: Altlıq çəpəri, altlıq kənarı, saydpod girişi, motor qapağı
- Sauber: Yenilik yoxdur
Şərh əlavə et