Kokpit.az xatırladır ki, yaponiyalı sürücü bu il Red Bull komandasına keçdikdən sonra çox əziyyət çəkir. 25 yaşlı pilot son beş yarışdan xalsız ayrılıb və Red Bull komandasının tarixində bir antirekorda imza atıb.
Yuki Tsunoda mövcud vəziyyətlə bağlı belə açıqlama verib: “Dünən mənə dedilər ki, bu yeniliklərdən istifadə etməyəcəyik. Bilirəm ki, komanda az da olsa yenilikləri tətbiq etməyə çalışıb, amma bu mərhələdə mənim maşınım əvvəlki spesifikasiyada olacaq. Buna baxmayaraq, mövcud boliddən maksimum nəticəni almağa çalışacağam.
Qarşıda çətin bir tapşırıq durub – nəticələr çox sıxdır və belə şəraitdə hər bir detal önəm daşıyır. Amma əlimdən gələnin ən yaxşısını edəcəyəm”.
Yuki Tsunoda həmçinin Kristian Hornerin Red Bull-un rəhbəri vəzifəsindən ayrılmasına da münasibət bildirib: “Kristianın məni əvvəlki yarışlarda necə dəstəklədiyini bilirəm və bunu yüksək qiymətləndirirəm. Dünən ondan belə bir mesaj almışam: “Bacardığını göstər.” Bu sözləri oxumaq mənə xoş gəlib”.
Şərh əlavə et