Xəbəri Kokpitdə Oxuyun!

Lekler ümidlidir

Ferrari komandasının pilotu Şarl Lekler Belçika Qran Prisinə gətiriləcək texniki yeniliklərlə bağlı nikbin fikirlər səsləndirib.

Kokpit.az xatırladır ki, Ferrari bu həftə Spa-Francorçamps mərhələsinə yeni arxa asılqan sistemi ilə gəlməyi və bolidin sazlama aralığını daha effektiv hala gətirməyi planlaşdırır. Məqsəd, ön sıradakı McLaren ilə aradakı fərqi minimuma endirmək və performans baxımından inkişafa nail olmaqdır.

Hazırkı vəziyyəti dəyərləndirən Şarl Lekler bildirib ki, McLaren hazırda ciddi üstünlüyə malikdir və Ferrari hələlik onlara real təzyiq göstərməkdə çətinlik çəkir. Lakin yeni texniki yeniliklər bu fərqi azaltmağa kömək edə bilər.

Şarl Lekler: “Yenilikləri mümkün qədər tez və effektiv şəkildə tətbiq etməyə çalışırıq. Bu yolla zəif tərəflərimizi aradan qaldıra bilərik.

Bu yenilik ilə McLaren-lə aramızdakı fərq tamamilə aradan qalxar? Düşünmürəm. Amma onlara bir qədər də yaxınlaşacağımıza inanıram.

Əgər kifayət qədər yaxınlaşa bilsək, ümid edirəm ki, onların üzərlərində az da olsa təzyiq yarada bilərik. Bu isə bizə onların edə biləcəyi potensial səhvlərdən faydalanmaq imkanı verər”.

Rauf Hacıyev

Şərh əlavə et