Komandanın lideri finlandiyalı Valtteri Bottas olacaq. Onunla razılıq Britaniya Qran Prisi günlərində əldə edilib, lakin müqavilə sənədləri hələ imzalanmayıb. Yaxın günlərdə Bottas komandanın simulyator üzərindəki işlərinə qoşulacaq və yeni maşının inkişafında mühəndislərə dəstək verəcək.
Bottas bu yer uğrunda Serxio Peresi geridə qoyub. Hər iki təcrübəli pilotla danışıqlar aparılsa da, Cadillac rəhbərliyi Bottasın peşəkar yanaşmasını və işə münasibətini üstün tutub.
Komandaya düşmək şansı olan digər sürücülər – Yuki Tsunoda, Cek Duhən, Mik Şumaxer və Quanyu Çjou seçimdən kənarlaşdırılıb. Komanda gənc və perspektivli bir debütantla uzunmüddətli planlar qurmaq niyyətindədir.
Bottasın komandadakı ehtimal olunan komanda yoldaşı – Felipe Druqoviçdir. Braziliyalı pilot Formula 1 yarış təcrübəsinə malik olmasa da, Aston Martin komandasında 10 min kilometrlik test və təlim yürüşlərində iştirak edib. Onun göstərdiyi dövrəvi nəticələr Fernando Alonso ilə müqayisə olunacaq səviyyədə, Lən Strolldan isə üstün olub.
Druqoviçin xeyrinə olan digər məqam isə onun Cadillac-la dözümlülük yarışlarındakı təcrübəsidir. O, üç dəfə Cadillac maşını ilə yarışıb – iki dəfə Le-Manda, bir dəfə isə Daytonada. Komandanın mühəndisləri onun sabitliyi, sürəti və geribildirim əlaqəsindən razı qalıb.
Bütün bu faktorlar Felipe Druqoviçin Cadillac-ın ikinci maşınına namizədlər arasında ön sırada yer almasına səbəb olub.
Şərh əlavə et