Kokpit.az xatırladır ki, Ayzek Hacar son yarışlarda gözlənilən nəticəni verə bilmir. Lakin o, aşağı seriyalardan bəri çox sevdiyi Spa trasında bu uğursuzluğa son vermək istəyir.
Ayzek Hacar : “Spa mənim ən çox sevdiyim traslardandır. Burada təkoturacaqll maşınlar sinfində ilk qələbəmi qazanmışam. Keçən il də Formula 2-də məhz bu trasda qalib gəlmişdim.
Son üç yarışda xal qazana bilməməyim təəssüf doğurur, lakin bu dəfə əzmkaram. Üstəlik, həftəsonu şənbə sprint formatında keçiriləcək və bu cür yarışlar mənə çox uyğundur”.
Liam Louson isə Spa trasında debütə hazır olduğunu deyib: “Mövsümün ilk yarısını yaxşı nəticə ilə başa vurmaq istəyirik ki, yay fasiləsinə müsbət əhval-ruhiyyə ilə yollanaq.
Spa tarixi çox zəngin olan və simvolik bir trasdır. Burada aşağı seriyalarda çıxış etmək mənim üçün həmişə zövqverici olub. İndi isə Formula 1-də bu trasda qüvvəmi sınamaq üçün səbirsizlənirəm.
Spa trasında hava şəraiti hər zaman sürprizlərlə doludur. Bu dəfə də fərqli olmayacaq. Qısa fasilədən sonra sükan arxasına qayıtmaqdan məmnunam və mövsümün ilk hissəsini güclü nəticə ilə başa vurmaq üçün hazıram”.
Şərh əlavə et