Xəbəri Kokpitdə Oxuyun!

Formula 1 Komissiyası Londonda toplanıb

22 iyul tarixində Londondakı Formula One Management (FOM) ofisində cari mövsüm üzrə Formula 1 Komissiyasının üçüncü iclası keçirilib. İclasda mühüm qərarlar qəbul olunmasa da, idmanın gələcəyinə dair bir sıra mövzular ətrafında müzakirələr aparılıb.

Toplantıya FIA-nın təkoturacaqlı yarışlar üzrə direktoru Nikola Tombazis və Formula 1-in prezidenti və baş direktoru Stefano Domenikali rəhbərlik ediblər.

Müzakirə olunan əsas məsələlər aşağıdakılar olub:

  • 2026-cı il üçün texniki, idman və əməliyyat reqlamentləri üzrə işlərin gedişatı barədə FIA komandaları məlumatlandırıb.

 

  • Bəzi komandaların təklifi ilə etiraz, apellyasiya və qərarların yenidən baxılması üçün tələb olunan depozit haqlarının məbləği təhlil olunacaq. Eyni zamanda araşdırma aparılması üçün ödəniş tətbiqi ideyası da müzakirə edilib.

 

  • Formula 1 rəhbərliyi idmanın qlobal inkişafı və böyüməsi barədə hesabat təqdim edib. Belə ki, dünya üzrə Formula 1 azarkeşlərinin sayı 827 milyona çatıb, bu isə ötən illə müqayisədə 10% artım deməkdir. ABŞ-da azarkeş sayı 52 milyon nəfərə çatıb, bu isə 11% artım göstərir.

 

  • Azarkeş auditoriyası getdikcə gəncləşir: izləyicilərin 43%-i 35 yaşdan aşağı, onların 42%-i isə qadındır. Sosial şəbəkə izləyicilərinin sayı 2018-ci ildəki 18 milyondan 106 milyona çataraq ciddi artım göstərib. Eyni zamanda televiziya auditoriyasında da artım qeydə alınıb.

 

  • Komissiya Formula 1 haqqında çəkilmiş və ilk həftələrdə uğur qazanan F1 filminin idmana marağı artırmaq baxımından müsbət rolunu vurğulayıb.

 

  • Həmçinin yeni tərəfdaşların cəlb olunması, mövcud və uzunmüddətli tərəfdaşlarla müqavilələrin uzadılması, eləcə də bir neçə Qran Pri üzrə yeni müqavilələrin imzalanması məsələləri də müzakirə olunub.

Rauf Hacıyev

Şərh əlavə et