Kokpit.az xatırladır ki, hazırda Oskar Piastri birinci, Lando Norris isə ikinci yerdədir. İki sürücünü cəmi 8 xal ayırır.
Lando Norris: “Bu həftəsonu Belçikaya qayıdacağım üçün səbirsizlənirəm. Spa trasına qayıtmaq həmişə xoşdur, çünki tribunadakı azarkeşlər möhtəşəm atmosfer yaradırlar.
Silverstoundakı qələbə inanılmaz oldu, amma indi diqqətimizi qarşıdakı ikili yarışlara yönəltmişik. Bazaya qayıdıb komandamızla birlikdə ciddi hazırlaşmışıq. Tempimizi qoruyub saxlamağa və yaxşı nəticələr əldə etməyə köklənmişik”.
Oskar Piastri: “Spa yarışını hər zaman səbirsizliklə gözləyirəm. Bu, çox sürətli hissələrlə dolu, yarışmaq üçün möhtəşəm olan əfsanəvi bir trasdır. Bu mərhələ şübhəsiz ki, mövsümün ən yadda qalan yarışlarından biri olacaq. Yarışlar arasındakı fasilədə çox çalışmışıq. Vokinqdəki bazada böyük zəhmət çəkən hər kəsə təşəkkürümü bildirirəm”.
Komanda rəhbəri Andrea Stella: “İki həftəlik fasilədən sonra yay tətilindən əvvəlki son ikili yarışlara — Spa trasına yollanırıq. Bu dəfə sprint yarışlı həftəsonu bizi gözləyir və bu, daha çox xal qazanmaq üçün əla fürsətdir.
Komandamız ev trasındakl tarixi qələbə dublundan sonra təqvimin ən əfsanəvi traslarından birində yarışacaq. Spa pilotlar üçün əsl sınaq meydanıdır və əminəm ki, azarkeşləri həyəcanlı və gərgin mübarizə gözləyir”.
Şərh əlavə et