Kokpit.az xatırladır ki, bu həftəsonu Spa trasında yağışın yağma ehtimalı var.
Haas komandasının rəhbəri Ayu Komatsu: “Spa çox mürəkkəb trasdır, amma bütün padok bu yarışı səbirsizliklə gözləyir. Trasın zəngin tarixi, qeyri-sabit hava şəraiti və aerodinamik balansla bağlı fərqli tələbləri sayəsində bu həftəsonu qarşımıza çox çətinliklər çıxacaq.
Bolidimizin əsas konfiqurasiyası Silverstounda pis çıxış etmədi. İndi isə onu Spa trasına uyğunlaşdırmalı və yarışda daha inamlı çıxış etməyə çalışmalıyıq”.
Oliver Berman iilk dəfə Spada Formula 1 bolidi sürəcək: “Spada olduğum üçüb çox həyəcanlıyam. Bu tras fantastikdir və zəngin tarixə malikdir. Uzun müddətdir şənbə sprinti olan həftəsonu keçirməmişik. Bizi bol hadisəli və intensiv yarışlar gözləyir.
Ümid edirəm ki, Silverstounda olduğu kimi, yeniliklərimiz burada da effektiv olacaq. Əsas odur ki, bu həftəsonu səhvlərdən və texniki problemlərdən uzaq qalaq”.
Esteban Okon da hava şəraiti barədə danışıb: “Spada yarışmaq həmişə xüsusi hissdir. Burada yağış ehtimalı yüksəkdir və bu da bizə uğurlu nəticə əldə etmək üçün əlavə imkanlar yarada bilər.
Qarşıda şənbə sprinti olan həftəsonu var. Spa kimi uzun və mürəkkəb trasda cəmi bir sərbəst yürüş sessiyasıyla hər şeyi düzgün etmək çox çətindir. Bu bir saat ərzində mümkün qədər çox məlumat toplamaq vacibdir.
Bu həftəsonu hər xırdalıq önəmlidir. Yalnız bu cür hazırlaşaraq iki sıralanma turunda və yarışlarda yaxşı nəticə qazana bilərik.”
Şərh əlavə et