Komandanın təcrübəli pilotu Fernando Alonso verdiyi açıqlamada bunu təsdiqləyib: “Layihəyə tam şəkildə cəlb olunub və olduqca motivasiyalıdır. Amma sözün açığı, builki maşın onu maraqlandırmır. Maşınla bağlı sual verəndə başqa otağa keçir. Artıq 2026-cı iorejiminə keçib”.
Digər tərəfdən, Aston Martin-də vəziyyət gərgindir. Komandanın sahibi Lourens Strollun səbirsizliyi və uğursuz nəticələr səbəbilə bazada əsəb gərginliyinin yaşandığı bildirilir. Fernando Alonso isə karyerasının son dövrlərində rəqabətədavamlı maşın istəyir. Sakit görünən Lens Strollun da qapalı qapılar arxasında narazılığını sərt şəkildə ifadə etdiyi deyilir.
Bu gərgin mühitdə Aston Martinin və komandanın rəhbəri Endi Kouell üçün əsas məsələ tarazlığı qorumaqdır. Bir tərəfdən Nyuiyə 2026-cı il layihəsi üçün azadlıq verilməli, digər tərəfdən isə hazırkı AMR25 üzərində də inkişaf işləri aparılmalıdır.
İmolaya gətirilən yeni altlıq bolidin performansına müsbət təsir göstərib, Silverstoundakı yeniliklər də ümid verici nəticələr yaradıb.
Fernando Alonso bu barədə belə deyib: “Bu irəliyə doğru addımıdır. Maşın artıq daha yaxşı hiss etdirir. Məlumatlar da bəzi hissələrdə inkişafın olduğunu göstərir.
Kiçik də olsa hər yenilik önəmlidir. Hazırda sıralanma 5-6 maşın cəmi 0.2 saniyənin içindədir. Bu səbəbdən 0.1 saniyə belə fərq yarada bilər. Bu da komandanın işləməyə davam etdiyini göstərir. Orta sıralarda ilişib qalmaq istəmirik və mövsümün sonunda zirvəyə mümkün qədər yaxın olmaq istəyirik”.
Şərh əlavə et