Kokpit.az xatırladır ki, Brnodakı yarışa pouldan başlayan Françesko Banyaya ilk döngəyə birinci yerdə girib. Ancaq Mark Markes təxirə salmadan liderliyi ələ keçirmək üçün hücumlara başlayıb və onun cəhdləri uğursuz olub. Üstəlik Marko Bezzekki də Markesi keçib və əfsanəvi sürücü üçüncü pilləyə geriləyib.
Lakin Marko Bezzekki ikinciliklə də yetinməyib. O, birinci dövrənin sonunda Françesko Banyayanı da keçərək, liderliyə yüksəlib. Bu anda Aleks Markes rəqibi Xoan Miri keçmək istərkən onunla təmas yaşayıb.
Yarışın ikinci dövrəsində Mark Markes də Françesko Banyayanı keçərək, birinci yerə yüksəlib. Pedro Akosta da Banyayanı geridə qoyub və üçüncü yerə qalxıb.
Enea Bastyanini yarışın ortasında ciddi qəza edərək, mübarizəni dayandırıb. Elə bu andaca Mark Markes birinci yer uğrunda mübarizədə Marko Bezzekkini geridə qoyaraq, liderliyə yüksəlib.
Yarışın qalan hissəsində ilk üçlük dəyişməyib və Mark Markes yarışı rahatlıqla qazanıb. Marko Bezzekki ikinci, Pedro Akosta üçüncü, Françesko Banyaya isə dördüncü yeri tutub. İlk beşliyi Raul Fernandes bağlayıb. Fabio Kuartararo isə altıncı olub.
Şərh əlavə et