Kokpit.az xatırladır ki, Elvin Xudaverdiyev dördüncü yerdən başladığı yarışı üçüncü yerdə bitirib.
Yarışdan sonra Elvin təəssüratlarını belə bölüşüb və dairəvi yarışlardakı ilk podiumu barədə bunları deyib: “Hazırda yaxşı hisslər keçirirəm. Sözün açığı mən bunu gözləyirdim. İkinci dəfədir belə yarışda iştirak edirəm. İkinci dəfə iştirak etməklə ilk podiumumu qazandım. Rəqiblərim bayraqlara riayət etsələr, yaxşı olardı. Özümü daha yaxşı yerlərdə görürdüm. İkinci ola bilərdim. Yenə də hamıya təşəkkür edirəm – Azərbaycan Avtomobil Federasiyasına, pilot yoldaşlarıma və Kokpit.az saytına. Çox sağ olun ki, bizim idmanımızı işıqlandırırsınız”.
Elvin Xudaverdiyev yarış ərzində sürücülərin mavi bayraqlara məhəl qoymaması və onu ləngitməsi barədə bunları deyib: “Orada ləngiməsəm, qələbə uğrunda mübarizə aparacaqdım. O, mavi bayraqlarda 4-5 dövrə ləngidim. Sonda yer tapıb önə keçdim. Çox geriyə düşdüm. Bəzi pilotlar isə məni sarı bayraqlarda keçdilər. Yenə də babal yumaq istəmirəm. Yenə də sevincliyəm. Mən burada iştirak etməyə gəlmişəm. Bu mənim 10-cu podiumumdur. Drift üzrə altı dəfə Azərbaycan Çempionu olmuşam. İki dəfə ikinci yer və iki dəfə üçüncü yer. Onuncu podiumumdur. Təki yarış olsun, yarışlar işıqlansın və Azərbaycanda avtoidman inkişaf etsin”.
Bildiyiniz kimi Elvin Xudaverdiyev drift əfsanəsidir. O, daha əvvəl altı dəfə Drift üzrə Azərbaycan Çempionu olub. Bundan sonra dairəvi yarışlara keçib-keçməyəcəyi ilə bağlı belə deyib: “Bu gün gördüyün kimi mən hər ikisini də çatdıra bilirəm. Bu gün əvvəlcə drift şousu göstərdim. Sonra maşından düşdüm, Legend Car-a oturdum və buradakı ikinci yarışımda podiuma yüksəldim”.
Sonda Elvin deyib: “Bu bəziləri üçün hobbidir, mənim üçün isə həyat tərzidir!”
Şərh əlavə et