Xəbəri Kokpitdə Oxuyun!

Williams problemləri həll etməyə çalışır

Williams komandasının rəhbəri Ceyms Voulz Silverstoun yarışından sonra mövsümün ikinci yarısına dair nikbin fikirlər səsləndirib.

Voulz bildirib ki, Spa Qran Prisində bolidə kiçik yeniliklər tətbiq ediləcək və bəzi texniki problemlər performansa təsir edib.

Silverstoundakı çıxışlarını dəyərləndirən Ceyms Voulz deyib: “Silverstoun həmişə möhtəşəm təşkil olunan yarışlardan biri olub. Minlərlə azarkeşin qarşısında yarışmaq gözəl hissdir. Həftəsonunun hava şəraiti nəticəyə birbaşa təsir etdi. Yarışın sonunda tras quruduqca tempimiz kifayət qədər yaxşılaşmağa başladı.
Amma yaş trasda və sıralanma turunda istədiyimiz qədər sürətli deyildik. Mövsümün ortasına çatmışıq. Mövsümə yaxşı başlanğıc etmişdik, lakin son yarışlarda bir qədər geri düşdük. Spa üçün kiçik bir yeniliyimiz olacaq. Əsas məqsədimiz potensialımızı maksimum dərəcədə istifadə edib qalan yarışlarda xal qazanmaqdır”.

Komandanın bir neçə yarışdır üzləşdiyi soyutma problemi barədə də danışan Voulz bunları deyib: “Xüsusilə Avstriyada yarışdan çıxmağımıza səbəb olan soyutma problemi artıq daha qabarıq şəkildə özünü göstərir. Birinci sərbəst yürüşlərdə digər komandalardan fərqli proqramla çıxış etdik. Həm Aleks, həm də Karlosa fərqli həll yolları axtarırıq. Bolidin yarışı başa vurmasına nail oluruq, amma bu performans baxımından güzəştə getmək deməkdir. Hazırda bu problemin həlli üçün komanda gərgin şəkildə işləyir”.

Karlos Saynsın Silverstoundakı qəzasına toxunan komanda rəhbəri deyib: “Stouv döngəsində Şarl idarəetməni itirərək, Karlosa təmas etdi. Ön qanadda və bolidin altlıgında ciddi zədələr vardı, bu da hər dövrədə təxminən yarım saniyə itkiyə səbəb oldu. Bu, onu xal uğrunda mübarizədən uzaqlaşdırdı.

Quru yarışlar çox şeyi təxmin etmək olur, lakin yaş trasda yarışmaq daha əyləncəlidir, çünki simulyasiya və texniki məlumatlarla doğru qərar vermək daha çətin olur. Silverstoundakı kimi dəyişkən şəraitlərdə instinktlərimizə güvənmək məcburiyyətində qalırıq”.

Rauf Hacıyev

Şərh əlavə et