Xəbəri Kokpitdə Oxuyun!

Piastri model olmağa hazırlaşır

Formula 1-də çempionatın lideri olan Oskar Piastri karyerasında yeni istiqamətə başlayıb və model agentliyi olan IMG Models ilə müqavilə imzalayıb.

McLaren pilotunun bu addımı agentliyin rəsmi saytında təsdiqlənib. Bildirilib ki, Oskar Piastri, Bella Hadid, Aleks Konsani və Vencent Lacrocq kimi məşhur simaları təmsil edən IMG Models ailəsinə qoşulub.

Bu müqavilə Formula 1, Hollivud və ümumilikdə əyləncə sənayesi arasında artan əməkdaşlıq fonunda reallaşıb. Gənc avstraliyalı yalnız trasda deyil, dəb dünyasında da öz sözünü deməyə hazır görünür.

Qeyd edək ki, Oskar Piastri hazırda komanda yoldaşı Lando Norrisi 8 xal qabaqlayaraq, çempionatda liderdir.

Rauf Hacıyev

Şərh əlavə et