Xəbəri Kokpitdə Oxuyun!

Markes Çexiyada sprinti qazanıb

MotoGP üzrə Çexiya Qran Prisinin sprint yarışında Mark Markes qalib gəlib.

Kokpit.az xatırladır ki, yarış vaxtı havanın temperaturu 24 dərəcə, trasın temperaturu isə 37 dərəcə olub. Yarışda ən yaxşı startı Ducati komandasından Françesko Banyaya alıb və liderliyini qoruyub. Lakin Mark Markes yarışın üçüncü döngəsində etdiyi hücumla liderliyi ələ alıb. İlk dövrədən sonra ilk üçlük belə olub – Mark Markes, Françesko Banyaya və Fabio Kuartararo. Françesko Banyaya adətən sprint yarışlarında çətinlik çəksə də, bu dəfə tempi yaxşı olub.

Yarışa səkkizinci yerdən Aleks Markes pis startla 19-cu yerə qədər geriləyib. Xoan Mir isə yarışa beşinci yerdən başlasa da, üçüncü döngədə trasdan çıxıb və axırıncı yerə düşüb.

Yarışın dördüncü dövrəsində Mark Markes 1.53.243 zaman nəticəsi ilə ən sürətli dövrəni vuruv və Banyaya ilə fərqi 1 saniyəyə qaldırıb. Bundan bir müddər sonra Pedro Akosta ikinci yer uğrunda mübarizədə Banyayanın arxasınca düşüb.

Beşinci dövrədə isə maraqlı hadisə yaşandı. Banyaya beşinci döngədə Akostaya yol verdi. Bu anda Həm Bastyanini, həm də Kuartararo onu keçdi. Ancaq bir neçə döngədən sonra tempini artırıb, yenidən rəqiblərinə hücum etməyə başladı.

Yarışın altıncı dövrəsində isə Mark Markes Pedro Akostanı önə buraxıb. Bu hal onu göstərirdi ki, Ducati sürücülərində təkər təzyiqi ilə bağlı problem var.

Lider Akostanı Mark Markes və Enea Bastyanini izləyiblər. Fabio Kuartararo isə dördüncü yerdə yarışı davam etdirib. Bezzekki isə Banyayanı keçərək, beşinci yerə yüksəlib.

Yarışın sonuna iki dövrə qalmış Mark Markes rəqibi Pedro Akostanı keçərək, yenidən liderliyə yülsəlib.

Yarışın doqquzuncu dövrəsində isə Marko Bezzekki ilk döngədə Fabio Kuartararonu keçib və dördüncü yerə yüksəlib.

Təkər təzyiqlərində yaşanan problemlərə görə Ducati sürücüləri yarışda yavaşlamalı olublar. Lakin bu hal Mark Markesin qələbəsinə mane olmayıb.

Beləliklə, Mark Markes son 12 yarışdan 11-ni qazanıb.

Rauf Hacıyev

Şərh əlavə et