Xəbəri Kokpitdə Oxuyun!

Əfsanələrin yarışı – Fərid Quliyevdən ardıcıl ikinci poul

Üçüncüsü keçirilən Bakı Sürət Festivalında US Legend Car kateqoriyası üzrə poulu Fərid Quliyev qazanıb.

Kokpit.az bildirir ki, Əfsanələrin mübarizə apardığı US Legend Cars yarışı Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı, Caspian Event Organisers və Bakı Şəhər Halqasının həmtəşkilatçılığı ilə Dövlət Bayrağı Meydanında keçirilir.

Yarışdan bir gün əvvəl Us Legend Car üçün seçmə mərhələsi və sıralanma turu keçirilib.

Sürücülər əvvəlcə yarışda iştirak edəcək 11 sürücünü təyin etmək üçün trasa çıxıblar. Burada nəticələr bir-birinə çox yaxın olub. Sonda 22 sürücüdən 11-i finala vəsiqə qazanıb.

  1. Elçin Həsənov
  2. Murad Həsənov
  3. Amal Dadaşov
  4. Adil Axundov
  5. Vişal Romanov
  6. Elvin Xudaverdiyev
  7. Fərid Quliyev
  8. Orxan Abdullayev
  9. Gülhüseyn Abdullayev
  10. Hamlet Fərəcov
  11. Pərviz Əzizov

Daha sonra bu 11 sürücü bugünkü start düzülüşünü təyin etmək üçün mübarizə aparıblar. Yekunda Fərid Quliyev birinci yeri tutaraq, Us Legend Car Azərbaycan yarışlarındakı ardıcıl ikinci poulunu qazanıb. Keçən yarışın qalibi Adil Axundov yarışa ikinci yerdən başlayacaq. Keçən il keçirilən ilk Legend Car yarışını birinci yerdə tamamlamış Elçin Həsənov isə üçüncü yerdən start alacaq.

Elvin Xudaverdiyev dördüncü, Vişal Romanov beşinci, Orxan Abdullayev altıncı, Pərviz Əzizov yeddinci, Gülhüseyn Abdullayev səkkizinci olublar.

İlk iki Legend Car yarışında ikinci yeri tutmuş Murad Həsənov bugünkü gecə yarışına doqquzuncu yerdən başlayacaq. Amal Dadaşov 10-cu, Hamlet Fərəcov isə 11-ci yerdən yarışa start verəcək.

Sıralanma belə olub:

1. Fərid Quliyev
2. Adil Axundov
3. Elçin Həsənov
4. Elvin Xudaverdiyev
5. Vişal Romanov
6. Orxan Abdullayev
7. Pərviz Əzizov
8. Gülhüseyn Abdullayev
9. Murad Həsənov
10. Amal Dadaşov
11. Hamlet Fərəcov

Xatırladaq ki, əsas yarış bu gün axşam Bakı vaxtı ilə 18:00-da baş tutacaq. Biletləri İticket.az saytına daxil olaraq ala bilərsiniz. Gecənin Əfsanələri bizə möhtəşəm bir gün bəxş edəcəklər!

Rauf Hacıyev

Şərh əlavə et