Kokpit.az bildirir ki, Ducati komandasının pilotu 1 dəqiqə 54 saniyəlik dövrə ilə liderliyə yüksəlib. Onu 0.174 saniyə fərqlə Cek Miller izləyib və ikinci yeri tutub. Fabio Di Cannanantonio isə üçüncü nəticə ilə sessiyanı tamamlayıb.
Sessiya ərzində sürətini artıran Aleks Markes dördüncü, Maverik Vinyelesin əvəzinə Tech3 KTM-də çıxış edən Pol Esparqaro isə beşinci yeri tutublar.
Fabio Kuartararo altıncı yeri tutub, Pedro Akosta və Yohan Zarko isə onun ardınca sıralanıblar. Almaniyada ön sıralarda qərarlaşan Marko Bezzekki bu dəfə doqquzuncu yerlə kifayətlənib. İlk onluğu isə Honda pilotu Xoan Mir tamamlayıb.
Sessiyanın diqqətçəkən məqamlarından biri isə Ducati komandasının pilotu Franko Banyayanın zəif performansı olub. Çempionatın favoritlərindən olan Banyaya cəmi 18-ci nəticə göstərib və bununla da birbaşa Q2-yə vəsiqə qazana bilməyib.
Banyaya indi sıralanma turlarının ilk mərhələsi olan Q1-də çıxış etməli olacaq. İkinci sessiya (Q2) isə saat 11:50-də başlayacaq. Banyayanın Q1-dən yüksəlib-yüksələ bilməyəcəyi isə böyük maraq doğurur.
Şərh əlavə et